Məşhur London avtobusu formasında dizayn edilmiş linqofon otağında şagirdlər özlərini London avtobusunda dünyanı gəzirmiş kimi hiss edəcəklər. İngilis dilini müxtəlif kontekslərdə istifadə edə bilmək üçün avtobusdakı kitablardan istifadə edəcək, mətnlər dinləyəcək, müxtəlif mövzuları sürücü-müəllimlə müzakirə edəcəklər. Məqsədimiz dilin praktik tətbiqi vərdişinin yaranması üçün mühit simulyasiya etməkdir. London Bus sinifi konsepti Hədəf Konseptinə məxsusdur.