Liseyimizin təhsil proqramında, texnologiyanın sürətlə inkişaf edən aparıcı istiqamətlərindən biri olan robototexnikanın prinsiplərinin öyrədilməsi başlıca prioritetlərdəndir. Süni zəka sahəsindəki inkişaf müxtəlif təyinatlı robotların sənaye, elmi-tədqiqat və məişət sahələrində getdikcə daha çox istifadə olunması ilə nəticələnir.
Şagirdlərimiz robototexnika sinifində müxtəlif hissə, mexanizm və avdanlıqlardan istifadə edərək robot hazırlamağı, robototexnikanın nəzəri və praktik məsələri ilə məşğul olmağı öyrənəcəklər. Xüsusiylə robototexnikanın proqram təminatını hazırlamaq liseyimizdəki İT təhsilinin, iteqrasiya prinsipini nəzərə alaraq əsas prioritetlərindəndir.