Hədəfi böyük olanların liseyi

Balabilgə lisey direktoru oldu!

Mar 09, 2024
Balabilgə lisey direktoru oldu!

Balabilgə lisey direktoru oldu!

Bilgə papağını ötən ilin bilgəsi Malik İsrafilovdan dövr alan Hədəf STEAM Liseyi Bakı filialının 6 R3 sinfinin balabilgəsi Selcanxatun Qasımova bir günlük lisey direktoru vəzifəsini icra etdi.

Liseyin rəhbər heyətinin nümayəndələri ilə görüşdü, yaxın günlərdə keçirilmiş monitorinq imtahanlarında istifadə olunmuş suallarla bağlı balabilgələrin düşüncələrini direktor müavinləri ilə müzakirə etdi.
Toplantıda balabilgə yoldaşları ilə birlikdə təşkil etdiyi layihələrdən danışdı.
Daha sonra fənn müəllimləri və balabilgələrlə görüşərək onları narahat edən məsələlər və təkliflərlə tanış oldu.
Dərs dinləmələrinə qatıldı.
“Bir şəhidin kitabı” esse-kitab müsabiqəsi layihəsinin iştirakçılarının mükafatlandırılma mərasimində iştirak edərək qaliblərə sertifikat və pul mükafatlarını təqdim etdi. Layihə haqqında fikirlərini bölüşüb müsabiqənin təşkilatçıları və iştirakçılarına təşəkkür etdi.
Günün sonunda 5 E1 sinfinin “Ana dili” həftəsi üçün hazırladıqları təqdimatı izlədi, Ana dilimiz haqqında çıxış edərək, balabilgələrə uğurlu təqdimatları üçün təşəkkür etdi.
Lisey tərəfindən uşaqların mənafeyini dəstəkləmək məqsədilə ayrılan pul vəsaitini Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl Dünya naminə Həmrəylik ili”ni vurğulamaq, ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkmək üçün ağac almaqla dəyərləndirdi.
Balabilgəmizə uğurlar arzu edirik!