Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyi Bakı filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ilinə həsr olunan silsilə tədbirlər keçirildi.

May 10, 2024

Tədbirlər çərçivəsində şahmat turniri, tarix fənni üzrə təcrübəçilər tərəfindən 6-cı sinifləri əhatə edən bilik yarışları, Azərbaycan dili və ədəbiyyat kafedrası təşkilatçılığı ilə esse müsabiqəsi təşkil olundu.

“Heydər Əliyev balabilgələrin gözü ilə” tədbirində filialın müəllim və balabilgə heyəti iştirak etdi.
Kitabxana rəhbəri Nərmin Səlimova “Heydər Əliyev balabilgələrin gözü ilə” esselərinin təqdimatı, “XAN Nəşriyyatı” Xatirə Ədəbiyyatı silsiləsində yer alan “Heydər Əliyev xatirələrdə” kitabından Ulu Öndərin ədəbi portreti, xatirələri ilə bağlı təqdimatla çıxış etdi.

Orta təhsil pilləsi üzrə direktor müavini, tarixçi Məmməd Məmmədli ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, şanlı tariximizə verdiyi töhfələr, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı barədə çıxış etdi.

Həmçinin tədbirdə X sinif balabilgələri Ayla Qurbanlı və Səkinə Bədirovanın Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında çıxış etdilər və hazırladıqları videoçarx təqdim edildi.

Sonda şahmat turniri, tarix fənni üzrə bilik yarışı və esse müsabiqəsi iştirakçılarına sertifikatlar təqdim olundu.