Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin balabilgəsi direktor oldu

İyun 10, 2024
Hədəf STEAM Liseyinin balabilgəsi direktor oldu

Hədəf STEAM Liseyi Abşeron filialının bilgəsi Fateh Mirzəzadə bir günlük liseyin direktor vəzifəsini yerinə yetirdi. 

Belə ki, bilgə Fateh liseyin icraçı direktor, akademik direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və koordinatoru ilə görüşdü, yeni tədris ili ilə əlaqədar təkliflərini irəli sürdü. 

Daha sonra, sinifləri gəzərək balabilgələrə bilgəli olmağın sirlərini bölüşdü. 

Eyni zamanda, lisey ətrafı bölgələri gəzərək bir sıra təmizlik işlərinin nəzarətinə diqqət yetirdi və
“Yaşıl dünya naminə həmrəylik ili”nə özəl olaraq liseyin ətrafında ağacların əkilməsi barədə məsləhətlər verdi. 

“Balabilgə hesabatında” da iştirak edən bilgəmiz balabilgələrə sertifikatları təqdim edərək uğurlar arzu etdi. 

 Qeyd edək ki, Hədəf konseptinə əsasən hər il keçirilən demokratik seçkilərdə şagirdlərin və müəllimlərin seçdiyi balabilgələr birinci mərhələdə “sinif bilgəsi” adını qazanırlar. Sinif bilgələri, valideynlər, məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə keçirilən yekun seçkidə isə onların arasından “lisey bilgəsi” təyin olunur. Seçilən lisey bilgələri tədris ili boyunca fəaliyyət göstərir, sosial işlər, layihələrin həyata keçirilməsi prosesi onların nəzarətində olur. Bir günlük lisey direktoru olaraq idarəetmədə də iştirak edə bilirər.

 Hədəf hədəfi böyük olanların liseyidir!