Məzun bilgələrimiz dünya çempionu oldu!
Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian–2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu oldu.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, “FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi oldu. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Qeyd edək ki, məzun bilgələrimiz Aqşin Əhmədli və Xalıq Cəbrayıl liseyimizdə təhsil aldıqları dönəmdə də bir çox olimpiadalarda iştirak edərək liseyimizi yüksək səviyyədə təmsil ediblər.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” IX Respublika Müsabiqəsində Azərbaycanda önəmli ixtira hesab olunan “Smart hand” layihəsi ilə II yerin qalibi olublar.
“Sabahın Alimləri” X respublika müsabiqəsində isə Aqşin Əhmədli və Xalıq Cəbrayıl hazırladıqları “Yarasa” adlı pilotsuz uçuş aparatı ilə mühəndislik kateqoriyasında III yerə layiq görülüblər.
Bilgələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!