Hədəf Liseyi Nəsimi korpusunda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə “Sözün Məcnunu” adlı ədəbi-bədii gecə keçirilib. Gecədə həm Azərbaycan, həm rus, həm də ingilis bölmələrinin balabilgələri uğurlu çıxış etdilər. Söz sənətkarının həyatından kiçik bir səhnə canlandırmış “Leyli və Məcnun” kompozisiyasını təqdim etmişdilər. 8A sinfinin istedadlı balabilgəsi Həsənli Dəniz “Füzuli kantatası”nı əsərini ifa etdi. Daha sonra balabilgələr Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim və Zəlimxan Yaqubun obrazını canlandıraraq dahi şairə həsr edilmiş şeirləri ifa etdilər. Sonda Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Günel Xəlilova Füzuli yaradıcılığının fəlsəfi qatı haqqında çıxış etdi. Ötən günlərdə keçirilən “Ədəbiyyatın Xəzrisi” müsabiqəsinin qalibləri də mükafatlandırıldı.