Hədəfi böyük olanların liseyi

Orqanizmin yorulmayan mühərriki

Dek 28, 2024
Orqanizmin yorulmayan mühərriki

Hədəf Liseyi Nəsimi korpusunun 8A1 sinfində biologiya fənnindən “Orqanizmin yorulmayan mühərriki” mövzusu üzrə maraqlı və interaktiv bir praktiki dərs keçirildi!

Balabilgələr laboratoriya şəraitində ürəyin quruluşunu, əzələ tipini, kameralarının sayını və işləmə mexanizmini öyrənərək həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirdilər. Toxunaraq və görərək öyrənmək şagirdlərə mövzunu daha dərindən anlamağa kömək edir.

Laboratoriya dərsləri balabilgələrin müstəqil düşünmə və müşahidə qabiliyyətlərini artırır, elmi düşüncə tərzini formalaşdırır və mövzuları daha yaxşı qavramalarına imkan verir. Bu cür praktiki dərslər gələcəyin alimləri və tədqiqatçıları üçün güclü bir təməl yaradır.