Hədəfi böyük olanların liseyi

“Atalar liseydə” layihəsi Hədəf STEAM Liseyində keçirildi!

Mar 17, 2025
“Atalar liseydə” layihəsi Hədəf STEAM Liseyində keçirildi!

“Atalar liseydə” layihəsi Hədəf STEAM Liseyində keçirildi!

Hədəf STEAM Liseyinin Nəsimi korpusunda Hədəf Konseptinə əsaslanaraq təşkil edilən “Atalar liseydə” layihəsi baş tutdu. Tədbirdə Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq və filialın icraçı direktoru Vəli Vəlizadə iştirak edərək valideynləri salamladılar. Tədbirdə balabilgələrin atalarına yazdıqları anonim məktublardan xüsusi diqqət çəkən bir neçəsi oxundu, bu isə atalar üçün yaddaqalan anlar yaratdı.

“Atalar liseydə” layihəsi valideyn-lisey əlaqələrini genişləndirmək, valideyn-müəllim və valideyn-valideyn münasibətlərinin daha səmərəli təşkilini təmin etmək, həmçinin faydalı bir ünsiyyət mühiti yaratmaq məqsədi daşıyır. Layihə çərçivəsində atalar bir gün ərzində liseyin sosial həyatına qatılaraq müxtəlif tədbirlərdə iştirak edirlər.

Valideynlər öz sahələrində təcrübəli olan digər valideynlərdən məlumat alaraq müxtəlif mövzularda seminarlara qatıldılar. Bu seminarlar valideynlərin sosial aktivliyini artırmaq və mütəxəssis biliklərini bir-birilə paylaşmaq məqsədini daşıyırdı. Seminarların mövzuları və mütəxəssislər aşağıdakı kimi təqdim edildi:

• Səbuhi Şahmursoy: "Yazıçılıq və təhsil: Nəşriyyat sənətinin gələcəyi"
• Prof. Dr. Levent Eraslan (SODİMER başkanı) və Mirkan Aydın (Nəsibə Aydın məktəblərinin sədr müavini) – "Korporativ mədəniyyət"
• Mahir Həmidov: "Azərbaycan - Suriya əlaqələri. Dünyada baş verən geosiyasi proseslər fonunda"
• Elmir İskəndərli: "Əziz atam, dinlə məni"
• Şahmar Hacıyəhyayev: "Rəqəmsal dünyada təhlükəsizlik"

Seminarlardan sonra valideynlər STEAM laboratoriyasına və İnteraktiv Elm Muzeyinə ekskursiya etdilər. Bu dəfə valideynlərə liseyin elmi və texnoloji inkişaflarına yaxından tanış olmaq imkanı yaratdı. Eyni zamanda, balabilgələrin yazdığı anonim məktublarla tanış olmaq, uşaqlarının gözü ilə özlərini görmək valideynlər üçün çox qiymətli bir təcrübə oldu.

Çay və qəhvə saatı ərzində valideynlər bir-biriləri ilə söhbət edərək, həmçinin liseyin sosial həyatına qatılmağa davam etdilər. Sosial aktivliklər çərçivəsində aşağıdakı fəaliyyətlər təşkil olundu:
Voleybol, oxçuluq dərnəyi, ştolüstü tennis, şahmat, nərd, domino, tir atma və s.
Bu sosial tədbirlər, valideynlərin həm əylənməsini, həm də bir-biriləri ilə daha yaxından tanış olmağını təmin etdi. Hər il olduğu kimi layihə valideynlərin böyük marağına səbəb oldu.

“Atalar liseydə” layihəsi, Hədəf STEAM Liseyində valideyn-lisey əlaqələrinin inkişaf etdirilməsi, valideynlərin məktəbin sosial həyatına daha yaxından qatılmalarını təmin edərək, təhsilin keyfiyyətinin artırılmasına töhfə verir. Uşaqlarının inkişafına maraq göstərən valideynlər, bu cür layihələr vasitəsilə həm də onların təhsil mühitindəki rolu daha yaxşı başa düşürlər. Hər il daha da genişlənən bu layihə, valideynlər və məktəb arasında əlaqələrin möhkəmləndirilməsində mühüm bir vasitə olaraq qalır.