Hədəfi böyük olanların liseyi

Təbiətin dostları veloyürüşü

Okt 10, 2024
Təbiətin dostları veloyürüşü

Hədəf STEAM Liseyi Bakı filialı Nəsimi korpusunun II–IV sinif balabilgələri və valideynləri ibtidai təhsil kafedrasının təşkilatçılığı və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təbiətin dostları" adlı veloyürüş həyata keçirdilər.

Veloyürüşün məqsədi balabilgələrə sağlam həyat tərzini aşılamaq, avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək, dövrün aktual ekoloji problemləri ilə mübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddən istifadənin önəminə diqqət çəkməkdir.