3-cü və 4-cü sinif rus bölməsi balabilgələri arasında təşkil olunan "Умники и умницы" adlı məktəb viktorina-yarışması böyük həyəcanla keçirildi. Yarışma şagirdlərin bilik səviyyələrini və komanda ilə işləmək bacarıqlarını nümayiş etdirmələri üçün həm əyləncəli, həm də maarifləndirici bir tədbir kimi diqqət çəkdi.
Hər iki sinif şagirdləri ümumi mədəniyyət, riyaziyyat, məntiq , rus dili və elm kimi müxtəlif sahələrdə verilən suallara böyük əzmlə cavab verərək yarışdılar. Günün sonunda iştirakçılar alqışlar və sertifikatla təltif olundular.
Bu tədbir şagirdlərin həm fərdi, həm də qrup şəklində özlərini inkişaf etdirməsinə kömək etdi və unudulmaz bir gün kimi yadda qaldı.
Hədəfi böyük olanların ünvanı!