Hədəfi böyük olanların liseyi

Hədəf konseptinə xas Bilgə seçkiləri bu tədris ili üçün başladı!

Okt 16, 2024
Hədəf konseptinə xas Bilgə seçkiləri bu tədris ili üçün başladı!

Liseymizin Abşeron filialında 4-8-ci sinif balabilgələri, sinif rəhbərləri, fənn müəllimləri və rəhbərliklə birlikdə öz siniflərindən nəmizədlikləri irəli sürülmüş, təbliğat-təşviqat kompaniyalarını uğurlu aparan 4 nəfərdən birini sinif bilgəsi seçir.

 Seçilən bilgə namizədləri sosial aktiv, özünü ifadə edə bilən, liderliyi, komandada işləyə bilən, dərslərində uğurlu olan, nizam-intizam qaydalarına riayət edən, qərar qəbul etmək kimi bacarıqlara malik olmalıdır. Seçilən sinif bilgələri bugünkü iclasda bir ay müddətində müxtəlif sosial layihələr, maraqlı, həm də faydalı tədbirlər barədə tapşırıqlar aldı. Lisey Bilgəsi bir il müddətinə seçilir və o, liseyin sosial həyatında önəmli işlər icra edir.

 Hədəf konseptinin əsas layihələrindən biri hesab edilən Bilgə seçkiləri balabilgələrdə vicdan, ədalət, məsuliyyət, güvən-özgüvən dəyərlərini inkişaf etdirməklə bərabər, onların qalibiyyət və məğlubiyyət kimi anlayışları da dərindən mənimsətməyə xidmət edir.

 Hədəfi böyük olanların liseyi!