Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində elmi-pedaqoji şura keçirilib.

Fev 22, 2024
Hədəf STEAM Liseyində elmi-pedaqoji şura keçirilib.

Hedefliseyi.edu.az xəbər verir ki, liseyin həm Bakı, həm də Abşeron filiallarında 2023/2024-cü tədris ilinin I yarımil yekunlarına həsr olunan elmi-pedaqoji şura baş tutub.

Filiallar üzrə icraçı direktorlar tərəfindən iclasın gündəliyi və məruzəçilər təqdim edilib.

Bakı filialının akademik direktoru Təranə Sadıq-zadə və Abşeron filialının akademik direktoru Püstəxanım Səfərova tədrisin keyfiyyətinin yüksəlməsi, müxtəlif dərs formalarının təşkili, əldə edilən bacarıqların kontrolu, aparılan monitorinq, summativ qiymətləndirilmələrin nəticələri, KİQ, BİQ, monitorinq imtahanları, dərs dinləmələri, abituriyentlərlə iş üzrə koordinator Türkan Quliyeva və Rəvanə Osmanova IX – XI sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlıq prosesi, sınaq imtahanların statistik müqayisəli nəticələri, IX – XI siniflərin buraxılış və qəbul imtahanları üzrə statistik nəticələr, imtahana hazırlıq mərhələləri, qarşıdakı planlamalar, Bakı filialında direktor müavinləri Ülviyyə Həsənova və Məmməd Məmmədli, Abşeron filialında direktor müavinləri Türkanə Həziyeva və Mətanət Hüseynova balabilgələrlə tərbiyə işinin təşkili, sosial layihələrin, ekskursiyaların, görüşlərin aparılması, sinif rəhbərləri və valideynlərlə iş, təlim-tərbiyə işinin təşkili, valideyn görüşləri, iclaslar, layihələr üzrə koordinator Elmar Əliyev filialda təşkil olunan tədbir, layihə, olimpiada və müsabiqələr, psixoloq Zərinə Əliyeva filialda psixoloji işin təşkili, təlimlər, nəticələr, olimpiadalar üzrə koordinator Məmməd Kərimli sağlam rəqabət aparmaqla müxtəlif ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak üçün yönəldilmələr, statistika və növbəti mərhələlərə hazırlığın təşkili, dərnək koordinatoru Sərvinaz Cəfərova kiçik yaşlarından müasir dövr texnologiyalarından istifadə edə bilmə bacarığı, istedadların aşkarlanması, dünyagörüşü artırmaq, özgüvən yaratmaq üçün liseydəki dərnək və klubların işi, Hədəf Kembric Məktəbinin direktoru Eren Kancılar Hadaf CIS-də təşkil olunan akademik görüşlər, imtahan nəticələri, Kembric məktəbinin koordinatoru Nuridə Əsədova akademik və sosial işin təşkili, yeni proqramlar və dərsliklərlə tədrisin aparılması, Balabilgə Uşaq Bağçasının direktoru Nərmin Ərəbli uşaqların fiziki, idrak, sosial-emosional, estetik yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, bağçanın konseptinə əsasən balabilgələrin ilkin bacarıqlara düzgün, hərtərəfli yiyələnmələri istiqamətində aparılan işlər haqqında I yarımilin hesabatlarını təqdim ediblər.

Həmçinin “Hədəfdə STEAM – 6” təlim-treninqinin təlimçiləri təşəkkürnamə ilə təltif olunublar.

Məruzələr bitdikdən sonra Bakı filialının icraçı direktoru Aytən Hüseynova və Abşeron filialının icraçı direktoru Cahid Hüseynov I yarımil yekunlarının dəyərləndirilməsi və II yarımil üçün qarşıya qoyulan hədəflər haqqında danışıblar, iclasın qərarını səsləndirməklə bütün kollektivə işgüzarlığına görə təşəkkür edib yeni uğurlar arzulayıblar.

Görüş baş direktorun elm və təhsil üzrə müavini Nizami Hüseynovun məruzəçilərə təşəkkür edib heyətə II yarımildə uğurlar arzulaması ilə yekunlaşıb.