Hədəfi böyük olanların liseyi

27 Sentyabr - Anım Günü, unutmayaq, unutdurmayaq!

Sen 27, 2024
27 Sentyabr - Anım Günü, unutmayaq, unutdurmayaq!

27 Sentyabr - Anım Günü, unutmayaq, unutdurmayaq!

27 Sentyabr Vətən Müharibəsinin başlandığı, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini yaşatdığımız gündür.

Hədəf STEAM Liseyinin bütün filiallarında saat 12:00-da 1 dəqiqəlik sükutla şəhidlərimizin müqəddəs ruhu yad edildi. Hər bir filialımızda ilk dərs zamanı müəllimlərimiz bu günün önəmi, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və vətən uğrunda döyüşən igidlər haqqında şagirdlərə dərin məlumatlar verdi. Bu gün sadəcə tarixi bir hadisə deyil, xalqımızın birliyi və azadlıq uğrunda mübarizəsinin əbədi simvoludur.

Hədəf Liseyi Bakı fililalı Nəsimi korpusunda Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı “Vətənimdir vətənim!” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Tədbirdə 44 günlük Vətən Müharibəsində qazi olan Şiraz Həsənov, Nəbi Şükürov, təsisçinin nümayəndəsi Zülfiyyə Sadıqova və Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə çıxış etdi.
Liseyin balabilgələri hərbi tribunanın qarşısından keçdilər. Anım Gününə dair müxtəlif səhnəciklər göstərildi, vətənpərvərlik şeirləri səsləndirildi. Sonra hərbi yürüşlə Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirildi.

Hədəf Liseyi Abşeron fililalında “Anım günü” tədbiri keçirildi. Tədbirdə şəhidlərimiz yad edildi, Mehmet Akif Ersoyun “İstiqlal marşı” şeiri və “Çırpınırdı Qaradəniz” mahnısı səsləndirildi. Sonda Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Elçin Quliyevə, şəhid yoldaşlarına və qazilərə söz verildi.

Hədəf STEAM Liseyinin Xətai korpusunun şagirdləri şəhidlərin məzarını ziyarət etdilər və müharibənin tarixi, onların qəhrəmanlıqları haqqında çıxış etdilər.
Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq hər zaman yolumuzu işıqlandıracaq, biz isə bu fədakarlığı heç vaxt unutmayacağıq.

Balabilgə Uşaq Bağçası olaraq əsas missiyamız vətəninə, millətinə, dövlətinə sədaqətli, vətənpərvər ruhda balabilgə yetişdirməkdir. Bu müqəddəs günü yad etməklə biz şəhidlərimizin canı bahasına əmanət qoyduğu vətənimizi qorumağın və onu daha da irəli aparmağın məsuliyyətini dərk edib gələcək nəslə ötürürük.

🥀 Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq!