Axtarış
Hamısına bax
Hədəfi böyük olanların liseyi

8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur

Mar 08, 2023
8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə ABŞ-ın Nyu-York şəhərində nümayişə çıxıb.

1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Danimarkanın paytaxtı Kopenhagendəki konfransda Qadınlar günü təsis etməyi təklif edib.

17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyib.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu günü qeyd etməyə başlayıblar.

1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayramı 1917-ci ildən qeyd etməyə başlayıblar.

8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü elan olunub.

2023-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin ümumi sayının 50,2% qadınlar təşkil edir.