Hədəfi böyük olanların liseyi

Analar Liseydə

Apr 30, 2025
Analar Liseydə

Hədəf STEAM Liseyi valideyn–lisey əməkdaşlığını yeni mərhələyə daşıyan “Valideyndən–valideynə 2025” layihəsi çərçivəsində növbəti möhtəşəm tədbirini – “Analar Liseydə” proqramını keçirdi. Tədbirin əsas məqsədi valideyn–müəllim və valideyn–valideyn münasibətlərini gücləndirmək, liseyin sosial mühitində ailə iştirakçılığını artırmaq və təcrübə mübadiləsini təşviq etmək idi.

Bu təşəbbüs anaların bir günlük lisey həyatında fəal iştirakına seminarlar və sosial fəaliyyətlər vasitəsilə həmrəyliyin formalaşmasına şərait yaratdı.
İcraçı direktorlar Vəli Vəlizadə və Zülfiyyə Sadıqova tədbiri açıq elan edərək qonaqları salamladılar, proqramı təqdim etdilər və “Ailəmə anonim məktub” layihəsi çərçivəsində övladların analarına yazdığı duyğusal məktublar oxundu.

“Doğru zənn etdiklərimiz” səhnəciyi ilə çıxış edərək ailə içində formalaşan yanlış inanclar və davranış nümunələri barədə danışıldı.
İlahə İbrahimli – “21-ci əsrin texnoloji imkanlarının uşaqlar üzərində müsbət və mənfi təsirləri” mövzusunda praktik tövsiyələrlə çıxış etdi.
Meyxanım Quliyeva (infeksionist və dietoloq) – “Balanslı qidalanma” haqqında çıxış edərək sağlam həyat tərzinin əsaslarını vurğuladı.
Aygün Hüseynli (ADA Universiteti müəllimi, spiritual terapist) – “Psixosomatika: xəstəliklərin psixoloji səbəbləri” adlı çıxışı ilə tədbirə ruhsal dərinlik qatdı.

Analar sosial fəaliyyətlərdə iştirak edərək həm yaradıcılıq bacarıqlarını göstərdilər, həm də bir-birləri ilə əməkdaşlıq etdilər.

“Valideyndən–valideynə 2025” təşəbbüsü bir daha sübut etdi ki, valideynlərin bir-biri ilə bilik və təcrübə paylaşımı məktəb mühitinin zənginləşməsinə, uşaqların sosial və akademik inkişafına birbaşa təsir edir.