Hədəf STEAM Liseyinin Abşeron filialında Hədəf Konseptinə əsasən keçirilən “Atalar liseydə” layihəsi baş tutdu.
Filialın icraçı direktoru Cahid Hüseynov valideynləri salamladı. O, balabilgələrin atalarına yazdıqları anonim məktublardan xüsusi diqqət çəkən bir neçəsini təqdim etdi. Ardınca liseyin psixoloqunun “Övladını tanı” mövzusunda məruzəsi oldu.
Layihənin valideyndən-valideynə hissəsində liseyin valideynləri Elşən Bayramov “Rəqəmsallaşma və innovasiyalar”, Bəşir Ağayev “Devalvasiyanın sahibkarlığa təsiri”, Azər Quliyev “Valideynlərin özəl təhsildən gözləntiləri”, Aslan Heydərli “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda böyüdülməsi”, Səməd Səmədov “Tərbiyədə övlad faktoru”, Samir Hümbətov “İnvestisiyaları necə artırmalı?” adlı mövzularla panellərdə çıxış etdilər.
Valideynlərə informatika və texnologiya fənlərindən “Sənin yerindəyəm” adlı nümunə dərs keçirildi.
Daha sonra valideynlər çay-furşet masası ətrafında həm balabilgələrin məktubları ilə tanış oldular, həm də bir sıra sosial fəaliyyətlərdə iştirak etdilər. Hər il olduğu kimi layihə valideynlərin böyük marağına səbəb oldu.