Hədəfi böyük olanların liseyi

“Atalar Liseydə” layihəsi uğurla keçirildi

Dek 16, 2025
“Atalar Liseydə” layihəsi uğurla keçirildi

“Atalar Liseydə” layihəsi uğurla keçirildi

Hədəf STEAM Liseyi Qurtuluş korpusunda “Atalar Liseydə” layihəsi uğurla həyata keçirildi. Tədbir lisey rəhbərliyinin çıxışları ilə açıldı. Korpusun icraçı direktoru Məmməd Məmmədli valideynləri salamlayaraq açılış nitqi ilə çıxış etdi və sözü Ümumi işlər üzrə icraçı direktor Nizami Hüseynova verdi. Nizami Hüseynov liseyin fəaliyyəti, təhsil mühiti və əsas istiqamətləri barədə ümumi məlumat təqdim etdi.

Daha sonra yenidən söz alan Məmməd Məmmədli layihənin məqsədlərindən bəhs etdi və balabilgələr tərəfindən yazılmış anonim məktubları oxuyaraq tədbirə emosional çalar qatdı.

Tədbir çərçivəsində valideynlər də çıxış edərək öz bilik və təcrübələrini bölüşdülər:

Orxan İsmayılov – Xarici İşlər Nazirliyinin II katibi

“Uşaqların ailə mühitindən öyrəndiyi emosional dərslər”

Elmir Valehli – BMT Uşaq Fondunun Sosial Davranış Dəyişikliyi şöbəsinin müdiri

“Uşaqların müdafiəsi və təhlükəsizliyi”

Samir Əliyev – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, şöbə müdiri

“Ailə və maliyyə savadlılığı”

Seminarlardan sonra atalar övladlarının yazdığı anonim məktubları oxuyaraq duyğulu anlar yaşadılar. Tədbir furs‌et və canlı musiqi ilə müşayiət olunan sosial fəaliyyətlərlə davam etdi.

“Atalar Liseydə” layihəsi valideyn-lisey əməkdaşlığını gücləndirmək, ailədaxili ünsiyyəti inkişaf etdirmək və ataların övladlarının təhsil həyatında daha fəal iştirakını təmin etmək məqsədi daşıyır.