Bakının Badamdar qəsəbəsi ərazisində Hədəf Şirkətlər Qrupunun yeni beynəlxalq təhsil layihəsi – Hədəf STARS Beynəlxalq Kembric Məktəbi (Hədəf STARS International Campus) fəaliyyətə başlayır.
2026-cı il 2 fevral tarixindən etibarən məktəbdə məktəbəqədər hazırlıq və 1–9-cu siniflər üzrə şagird qəbulu həyata keçirilir. Yeni kampus Cambridge International Education proqramı əsasında fəaliyyət göstərəcək.
Badamdarda yerləşən 5 mərtəbəli müasir tədris binasında qurulan məktəbdə Kembric beynəlxalq təhsil modeli Hədəfin milli dəyərlərə əsaslanan təhsil konsepti ilə uzlaşdırılacaq. Bu yanaşma beynəlxalq standartlara uyğun təhsillə yanaşı, şagirdlərdə milli kimlik, sosial məsuliyyət və vətəndaşlıq dəyərlərinin formalaşdırılmasını da hədəfləyir.
Qeyd edək ki, Cambridge International Education proqramı 160-dan çox ölkədə tanınır və bu sistem üzrə təhsil alan şagirdlər beynəlxalq sertifikatlar vasitəsilə dünyanın aparıcı universitetlərinə qəbul imkanı əldə edirlər.
Hədəf STARS International Campusda:
STEAM əsaslı tədris modeli,
20-dən çox laboratoriya və emalatxana,
layihə yönümlü öyrənmə,
mentorluq sistemi,
həmçinin sənət məktəbi fəaliyyət göstərəcək.
Məktəbin əsas məqsədi yalnız akademik uğur əldə etmək deyil, həm də analitik düşünən, sosial məsuliyyətli və həyata hazır gənclər yetişdirməkdir.
Ünvan: Badamdar qəs., Mikayıl Müşfiq küçəsi, 2E
Əlaqə: +994 12 311 15 20
Mənbə: Hədəf Media