“Bir şəhidin kitabı” müsabiqəsinin qalibləri bəlli olub – SİYAHI
Hədəf konseptində yer alan bir çox layihələrin əsas məqsədi balabilgələrdə vətənpərvərlik hissinin, həmçinin milli-mənəvi dəyərlərin formalaşması və inkişafıdır.
hedefliseyi.edu.az xəbər verir ki, mükafatlandırma mərasimi Hədəf STEAM Liseyinin hər iki filialında – Bakı və Abşeronda baş tutub.
“Bir şəhidin kitabı” layihəsi xalqımızın qəhrəmanlıq tarixində yer alan şəhidlərimizi daha yaxından tanımaq, tanıtmaq məqsədilə 15 dekabr – 15 fevral tarixlərində keçirilən esse-kitab müsabiqəsidir.
20 Yanvar, Xocalı faciəsi və II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan müsabiqənin yekun mərhələsində şəhidlərimiz bir dəqiqəlik sükutla yad ediliblər.
Kitabxana rəhbəri konseptimizdə yer alan vətənpərvərlik layihələrinin əhəmiyyəti, “Bir şəhidin kitabı” müsabiqəsinin təlimatı – ilkin tanıtım mərhələsi, qiymətləndirmə prosesi, seçimlər və təqdim olunan nümunələr barədə məlumatlar təqdim edib.
Tarix müəllimimiz 20 Yanvar və Xocalıdan başlayan azadlıq mübarizəmiz, II Qarabağ müharibəsində şəhidlərimizin qanı, canı bahasına qazanılan, yazılan zəfər tariximiz barədə fikirlərini bölüşüb. Bütün iştirakçılara uğurlar arzulayıb.
Sizə qaliblərimizi təqdim edirik.
Bakı filialı üzrə:
I yer – Əli Qasımov
II yer – Abbas Abdulzadə
III yer – Nərgiz İsrəfilli, Allahverən Məmmədli
Abşeron filialı üzrə:
I yer – İnci Sadıqova, Safiyə Rüstəmli
II yer – Melisa Həsənzadə, Firudin Bağırlı
III yer – Kamal Bəşirli, Aliyə Nəsirli, Əsmər Zülfəliyeva
Müsabiqəyə qoşulan bütün iştirakçılara təşəkkürnamələr, I, II, III yer qaliblərinə isə pul mükafatı və sertifikatlar təqdim olunub.