Hədəfi böyük olanların liseyi

Blok imtahanının nəticələri üzrə statistik iclas – Tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti addım

Noy 06, 2025
Blok imtahanının nəticələri üzrə statistik iclas – Tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti addım

Hədəf STEAM Liseyi Xətai korpusunun icraçı direktoru Elmin Yaqubbəyli və tədris işləri üzrə koordinator Ülkər Şərifovanın rəhbərliyi ilə 28 oktyabr tarixində Blok imtahanının nəticələrinə dair statistik iclas keçirilmişdir.

İclas zamanı imtahan göstəriciləri ətraflı şəkildə təhlil olunmuş, bal dinamikasının daha da yüksəldilməsi üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bu prosesin əsas məqsədi davamlı inkişafı təmin etmək, tədris keyfiyyətini yüksəltmək və əldə olunan uğurları daha da möhkəmləndirməkdir.