Hədəfi böyük olanların liseyi

Dilqəm Əhməd balabilgələrə ustad dərsi keçib

Fev 02, 2026
Dilqəm Əhməd balabilgələrə ustad dərsi keçib

Turan Balabilgə Akademiyasının “Tarix və mədəniyyət” bölməsinin elmi rəhbəri Dilqəm Əhməd Hədəf Liseyinin Nəsimi filialında akademiyanın üzvləri və liseyin balabilgələri üçün “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda ustad dərsi keçib.

Dərs zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi əhəmiyyəti və dövlətçilik irsi barədə məlumat verilib, balabilgələrin sualları cavablandırılıb. Tədbir çərçivəsində Cümhuriyyət tarixinə aid foto və sənədlərdən ibarət sərgiyə də baxış keçirilib.

Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində — 5 dekabr 2025-ci il tarixində Hədəf Liseyində təsis edilib. Akademiya hazırda 6 bölmə üzrə fəaliyyət göstərir. Üzvlər üçün ardıcıl şəkildə görkəmli alim və mütəxəssislərin iştirakı ilə elmi araşdırmalar və ustad dərsləri təşkil olunur. Bundan əvvəl tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov “Qədim türk tarixi-Urmu nəzəriyyəsi” mövzusunda  ustad dərsi keçib.

Hədəf MEDİA