Hədəfi böyük olanların liseyi

Dosent Selman Arslanbaş Hədəf STEAM Liseyinin qonağı oldu.

Okt 25, 2023
Dosent Selman Arslanbaş Hədəf STEAM Liseyinin qonağı oldu.

Hədəf STEAM Liseyinin Bakı filialında budəfəki qonaq Kipr Universitetlər Birliyinin rəhbəri və Kipr Elm Universitetinin Qəyyumlar Şurası sədri dosent Selman Arslanbaş oldu.

hedefliseyi.edu.az xəbər verir ki, Hədəf Konseptinə əsasən liseyimizdə IX, X, XI sinif balabilgələrinin ümumi dünyagörüşünün formalaşdırılması, gələcək karyera seçimlərinin düzgün yönləndirilməsi məqsədilə elm xadimləri, uğurlu iş adamları və müxtəlif sahələrin mütəxəssisləri ilə silsilə görüşlər keçirilir.

Selman bəy öncə balabilgələrimizə öz uğur hekayəsini danışdı. O qeyd etdi ki, dəyərlərə sadiq qalmaq önəmlidir. Çatdığı mövqedən asılı olmayaraq insan başladığı yeri unutmamalıdır. Həyat başladığın yerdədir. Uğur qazanmaq üçün komfort zonadan çıxmaq, gücünü ortaya qoymaq mütləqdir.

Təcrübə ilə elmin sintezindən təşkil olunan görüş balabilgələrimizin marağına səbəb oldu.

Sonda Selman Arslanbaşa dəvəti qəbul edib gəldiyi üçün təşəkkür bildirildi.