ELTA Beynəlxalq ingilis dili imtahanı Hədəf Stars Campusda uğurla baş tutdu!
Hədəf Stars Campusda təşkil olunan ödənişsiz ELTA beynəlxalq ingilis dili imtahanı yüksək iştirakçılıqla yekunlaşdı.
200-dən çox şagird 2–8-ci siniflər üzrə imtahanda iştirak edərək ingilis dili bacarıqlarını beynəlxalq standartlarla ölçdü. İmtahan müddətində şagirdlər dinləmə, oxu, qrammatika və ümumi dil bacarıqları üzrə qiymətləndirildi.
Bu imtahan şagirdlərə nə qazandırdı?
- Bilik səviyyələrinin obyektiv və beynəlxalq formatda ölçülməsi;
- Güclü və zəif tərəflərin dəqiq təhlili;
- Gələcəkdə TOEFL, IELTS kimi imtahanlara hazırlıq üçün real təcrübə;
- Dil bacarıqlarını inkişaf etdirmək üçün fərdi yönləndirmə imkanı;
- Özünəinam və imtahan təcrübəsi.
Hədəf Stars Campus olaraq şagirdlərin inkişafına dəstək olmaqdan qürur duyuruq. ELTA ilə əməkdaşlıq çərçivəsində bu kimi imtahanlarımız davam edəcək!