Hədəf Liseyində 9 aprel tarixində 2-7-ci siniflər üçün Azərbaycan və Rus bölmələri üzrə güzəşt imtahanı keçirilmişdir. İmtahanda bütün siniflər üzrə hər birindən 20 sual olmaqla Tədris dili, Riyaziyyat və İngilis dili fənləri üzrə ümumilikdə 60 sual təqdim olunmuşdu. İmtahan 120 dəqiqə davam etdi.
Bu imtahanda ümumilikdə 632 nəfər iştirak etmişdir. İştirak etmiş şagirdlərdən Bakı filialının 139 şagirdi, Abşeron filialının isə 98 şagirdi iştirak etmişdir.
Hədəf Liseyi şagirdlərindən Bakı filialı üzrə 49 şagird, Abşeron filialı üzrə isə 30 şagird müxtəlif güzəştlər əldə etmişdir.
1 iyun 2023 tarixinə dək qəbul-güzəşt nəticələrindən yararlana bilərsiniz.
Buradan daxil olub nəticələrinizə baxa bilərsiniz: Nəticələr.