Hədəf Liseyidə tanınmış aktyor Kamal Yaşarla maraqlı görüş keçirildi
Hədəf STEAM Liseyi Nəsimi filialında “Sistemlilik ili” çərçivəsində kitab komissiyasının təşkil etdiyi növbəti tədbir uğurla baş tutdu. Tədbirdə sağlam inkişaf platforması olan “Simart” layihəsi çərçivəsində tanınmış aktyor Kamal Yaşarla maraqlı bir görüş keçirildi.
Görüşün moderatoru Günel Xəlilova oldu. Tədbir çərçivəsində ilk olaraq “Simart” layihəsinin nümayəndəsi platforma haqqında geniş məlumat verdi və qeyd olundu ki, balabilgələr artıq bu platformanı maraqla izləyirlər.
Sonra Cavad Nur tanınmış aktyor Kamal Yaşarı balabilgələrə təqdim etdi. Görüş zamanı “Tısbağanın yolu” animasiyası izlənildi və uşaqlarla hekayənin məzmunu, mövzusu və ideyası haqqında müzakirələr aparıldı. Kamal Yaşarın ünvanladığı maraqlı suallar balabilgələrin diqqətini çəkdi və onlar həvəslə cavablandırdılar.
Bu cür tədbirlər balabilgələrin yaradıcılıq potensialını artırmaqla yanaşı, onların ədəbi və mədəni dünyaya olan marağını da gücləndirir.
Hədəf STEAM Liseyi bu cür layihələrlə şagirdlərin inkişafına töhfə verməyə davam edir.