Hədəfi böyük olanların liseyi

Hədəf Liseyində ayın kitabı layihəsi yekunlaşdı.

İyun 07, 2024
Hədəf Liseyində ayın kitabı layihəsi yekunlaşdı.

Hədəf STEAM Liseyi Bakı filialı kitabxanasının 2023/2024-cü tədris ilinin yekununa həsr olunmuş 3–5 iyun tarixlərini əhatə edən hesabat tədbirləri yekunlaşdı. 

Tədbirin ilk günündə “Müəlliflə görüş” keçirildi.
Filialın Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, yazar Günel Rəcəb balabilgələrlə yazı bacarığının inkişaf etdirilməsi, düzgün mütaliə vərdişləri mövzusunda müzakirə keçirdi. 

Tədbirin ikinci hissəsində
10R sinif balabilgələri tərəfindən
1-ci sinif balabilgələrinə kukla teatr personajlarının səhnəciklər üzrə təqdimatları baş tutdu. 

“Ayın kitabı” müzakirələri və fəal oxucuların mükafatlandırılması formatında davam edəcək.

Tədbirin ikinci günündə “Ayın kitabı” layihəsinin iyun ayı üzrə nəzərdə tutulan müzakirələri baş tutdu.

Tədbirin davamı olaraq
Azərbaycan dili və ədəbiyyat müəllimi, yazar Günel Rəcəbin 2R1 sinif balabilgələrinə əlfəcin hazırlığı master-klası keçirildi. 

Qeyd edək ki, tədbirin son günündə fəal oxucu balabilgələrimizə təşəkkürnamə və kitab hədiyyələri, həmçinin kitabxana layihələrində dəstək olan sinif rəhbəri və fənn müəllimlərinə təşəkkürnamə və hədiyyələr təqdim olundu.

Hədəf hədəfi böyük olanların liseyidir!