Hədəf Liseyinin Nəsimi korpusunda 5 Mart Bədən tərbiyəsi və idman Gününə həsr olunmuş qol güləşi və stolüstü tennis yarışı keçirildi!
Hər iki idman növü üzrə iştirakçılar müxtəlif yaş qruplarında bacarıqlarını sərgilədilər. Komandaların və fərdi iştirakçıların gərgin mübarizəsinə şahid olduq. Qol güləşi və stolüstü tennis kimi idman növləri, həm bədən sağlamlığının qorunması, həm də əyləncəli zaman keçirmək üçün əhəmiyyət təşkil edir.
Bu yarışların məqsədi sadəcə fiziki bacarıqları göstərmək deyil, həmçinin komanda ruhunu, qarşılıqlı dəstəyi və idmana olan marağı artırmaqdır. Hədəf Liseyi bu cür tədbirlərlə şagirdlərində sağlam həyat tərzini təbliğ etməyə davam edir.