Hədəfi böyük olanların liseyi

Hədəf Liseyinin balabilgəsi Respublika Fənn Olimpiadalarında bürünc medal qazandı

İyun 27, 2025
Hədəf Liseyinin balabilgəsi Respublika Fənn Olimpiadalarında bürünc medal qazandı

Hədəf Liseyinin balabilgəsi Respublika Fənn Olimpiadalarında bürünc medal qazandı
24 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə ölkənin müxtəlif məktəblərindən olan yüzlərlə balabilgə öz fənləri üzrə yüksək nəticələrə görə təltif olunub.

Qürur və iftixarla qeyd edirik ki, Hədəf Liseyinin balabilgəsi Abbas Abdulzadə Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanaraq məktəbimizi və müəllimlərini uğurla təmsil edib.

Abbasın bu nailiyyəti onun intellektual səviyyəsinin və davamlı zəhmətinin nəticəsidir. Eyni zamanda bu uğurda əməyi olan valideynlərini və fədakar müəllimlərimizi də səmimi qəlbdən təbrik edirik.

Hədəf Liseyi olaraq məqsədimiz elmə maraqlı, yaradıcı və düşünən balabilgələr yetişdirməkdir. Balabilgələrimizin yerli və beynəlxalq səviyyədə belə uğurlar əldə etməsi bu yolun nə qədər doğru olduğunu bir daha sübut edir.

Abbas Abdulzadəni bu münasibətlə təbrik edir, ona gələcək bilik yarışlarında daha böyük uğurlar arzulayırıq!