Hədəfi böyük olanların liseyi

Hədəf Şirkətlər Qrupu müəllimlər üçün STEAM əsaslı təcrübə proqramı elan edir

Sen 20, 2021
Hədəf Şirkətlər Qrupu müəllimlər üçün STEAM əsaslı təcrübə proqramı elan edir

Hədəf Şirkətlər Qrupu müəllimlər üçün STEAM əsaslı təcrübə proqramı elan edir.
Proqramda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar, pedaqoji ali təhsil almış məzunlar, eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən institut və universitetlərin bakalavriatura son kurs, magistratura və doktoranturasında təhsil alanlar iştirak edə bilər. Iştirakçılar təlimlər əsasında STEAM təhsilini dərindən mənimsəyəcək, bu istiqamətli dərslərin təşkilində iştirak edəcək, müvafiq təcrübə dərslərini quracaq və tətbiq edəcək, sonda isə qiymətləndirmədən keçərək müvafiq sertifikatlarla təltif olunacaqlar. Təcrübə proqramını uğurla bitirən, imtahanda yüksək nəticə göstərən, müsahibə və müşahidələrdə yüksək izlənim göstərən iştirakçılar müdaviminin ixtisasına uyğun vakansiya olarsa, Hədəf liseyi və Hədəf kurslarında işlə təmin olunma şansı qazanacaqlar.

Təcrübə proqramı passiv dərs dinləmələr və təlimlərdən ibarətdir.
Həftəlik dərs saatından asılı olaraq 2 saat dərs olan fənlər üzrə təcrübə proqramı müddətində ən azı 12 dərs, 3 saat dərs olan fənlərdə ən azı 18 dərs, 4 saat dərs olan fənlərdə ən azı 24 saat, 5 saat dərs olan fənlərdə ən azı 30 dərs, 6 saat dərs olan fənlərdə ən azı 36 dərs, 7 saat olan fənlərdə ən azı 42 dərs, 8 saat dərs olan fənlərdə ən azı 48 dərsdə iştirak vacibdir.
Təcrübəçi bu dərslərdən ən azı 2 (dərs saatından asılı olaraq arta bilər) saatında şagirdlər, təcrübə rəhbəri və müdiriyyət qarşısında nümunəvi dərs verməlidir.
Təlimlər 1 saat (60 dəq) davam edir. Təlim günləri ərzində 2 təlimin keçirilməsi planlaşdırılmışdır.

Təlimlər aşağıda qeyd olunan proqramlar əsasında 15 seminar və praktik dərslər şəklində təşkil olunur:

Pedaqoji kompetensiyalar və Hədəf Konsepti

STEAM əsaslı təhsil konsepsiyası, STEAM dərs modelinin strukturu və qurulma metodları

Psixoloji biliklər və münasibətlər

Sürətli oxu

Test yazma bacarıqlarının formalaşdırılması, onlayn imtahanların təşkili

Layihələrin hazırlanması

Yaş psixologiyası, çətin tərbiyə olunan şagirdlərlə iş

Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi

İKT və ağıllı lövhələrdən operativ istifadə imkanları

STEAM layihələrin hazırlanması və təqdimatı
Google classromdan istifadə

Fənn müəllimlərinin vəzifə təlimatları
Kembric proqramı

İnteqrativ kurikulum. Düşüncə

Web 2.0 alətləri

Təcrübə proqramının iştirakçıları bütün təcrübə prosesində qiymətləndiriləcəklər. Belə ki, hər bir təlimin sonunda Hədəf Liseyinin yaratdığı xüsusi nəzarət qrupunun müşahidələri əsasında iştirakçıların davamiyyəti, fəallığı, davranışı, nitqi, özünü ifadə etməsi, elmiliyi və dinamikliyi əvvəlcədən müəyyən olunmuş meyarlarla qiymətləndiriləcək.
Təcrübə iştirakçılarının qiymətləndirilməsi iki mərhələlidir.
1. Bilik və bacarıqların ayrı-ayrılıqda dəyərləndirilməsi;
2. Təqdimat (nümunə dərs) dəyərləndirilməsi.
İştirakçılardan və Hədəf Liseyinin rəhbərliyindən təşkil olunmuş xüsusi komissiyanın nəzarəti altında imtahan nəticələri yoxlanıldıqdan sonra sertifikatlaşdırma prosesi baş tutacaq. Bu sertifikatlar ölkəmizdə fəaliyyət göstərən STEAM əsaslı təhsil müəssisələrində iş imkanı deməkdir.

3 aylıq təcrübə proqramının ödənişi 300 AZN-dir. Məbləği birdəfəlik və ya 2 hissəyə bölərək ödəyə bilərsiniz.

Qeydiyyat: