Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyi 2023/2024-cü tədris ilinin yekun pedaqoji şura iclası keçirildi.

İyun 18, 2024
Hədəf STEAM Liseyi 2023/2024-cü tədris ilinin yekun pedaqoji şura iclası keçirildi.

Şuranın gündəliyi haqqında Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq məlumat verdi. Daha sonra filialların icraçı direktorları çıxış edərək filiallar üzrə akademik nəticələri, olimpiada uğurları, buraxılış imtahanları nəticələri, qəbul-güzəşt imtahanı üzrə balabilgələrin nəticələri, müəllimlərin peşəkar inkişaf dinamikası hesabatları dinlənildi.

• Akademik nəticələr üzrə orta bal:
70.8 (Bakı filialı)
71.06 (Abşeron filialı)

• Ən yüksək nəticə ibtidai siniflərdə:
2A – 82,08 (Bakı filialı)
3r2 – 79.25 (Abşeron filialı)

• Ən yüksək nəticə orta təhsil siniflərində:
6R – 78.44 (Bakı filialı)
III blok üzrə ən yüksək nəticə 6a2 sinfi – 72.5 (Abşeron filialı)
Bütün bloklar üzrə ən yüksək nəticə 3r2 sinfi – 85.19. (Abşeron filialı)
Filialın II və III blok üzrə ortalaması – 61.21 (Abşeron filialı)

• Kembric məktəbi üzrə akademik nəticələr:
79 bal (Bakı filialı)
86.88 bal (Abşeron filialı)

• 11-ci sinif buraxılış nəticələri:
12 balabilgə 200+ bal, 8 balabilgə 250+ bal, 3 ədəd 100 bal, 8 qırmızı attestat namizədliyi (Bakı filialı)
2 balabilgə 250+, 4 balabilgə isə 200+ bal toplamışdır. Qırmızı atestat yoxdur. (Abşeron filialı)

• Qəbul güzəşt imtahanı üzrə:
1 balabilgə 100%, 5 balabilgə 70%, 7 balabilgə 50%, 37 balabilgə 20% güzəşt əldə ediblər (Bakı filialı)
1 balabilgə 100%, 7 balabilgə 70%, 4 balabilgə 50%, 22 balabilgə 20% güzəşt əldə ediblər (Abşeron filialı)

• Tədris ili ərzində balabilgələr müxtəlif yerli və beynəlxalq olimpiadalarda iştirak ediblər:
126 balabilgə 393 müxtəlif olimpiada, müsabiqə və yarışlarda iştirak, 16 qızıl, 25 gümüş, 39 bürünc, 29 həvəsləndirmə toplam 109 medal gətiriblər. (Bakı filialı)
1 qızıl, 7 gümüş, 12 bürünc, 54 həvəsləndirici olmaqla ümumilikdə 74 medal gətiriblər. (Abşeron filialı)

• Yeni tədris ili üçün 10 (Bakı filialı), 7 (Abşeron filialı) yeni sinfin açılması planlaşdırılır.

Məruzələr bitdikdən sonra Bakı filialının icraçı direktoru Aytən Hüseynova və Abşeron filialının icraçı direktoru Cahid Hüseynov bütün kollektivə işgüzarlığına görə təşəkkür edib uğurlar arzuladılar.
Həmçinin baş direktorun elm və təhsil üzrə müavini Nizami Hüseynov tərəfindən Hədəf Konseptinə uyğun olaraq müəllimlərin PKPD (Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi) üzrə nəticələr heyətə təqdim olundu.
Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq yeni tədris ili üçün planda olan məsələləri, Hədəf Liseyi struktur idarəetməsində olan yenilikləri müəllimlərə təqdim etdi, onlara növbəti tədris ilində uğurlar arzuladı.