Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyi Abşeron filialında 2023/2024-cü tədris ilinin son zəngi çalındı.

İyun 18, 2024
Hədəf STEAM Liseyi Abşeron filialında 2023/2024-cü tədris ilinin son zəngi çalındı.

Abşeron filialında II Bilgə Məzun Törəni keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Filialın icraçı direktoru Cahid Hüseynov çıxış edərək məzunları, müəllim və valideynləri təbrik etdi, uğurlar arzuladı. 

Daha sonra günün qəhrəmanları – məzunlar səhnəyə dəvət olundu. Balabilgələrin ifasında bir-birindən maraqlı kompozisiyalar təqdim olundu. Hədəf konseptinə əsaslanaraq liseyimiz milli dəyərlərə hörmət və onları qoruyaraq gələcək nəsillərə ötürmək prinsipini əsas prioritet kimi qəbul edir. Azərbaycan Respublikasının Dövlət Bayrağı və bilik açarı məzunların təqdimatında X sinif balabilgələrinə əmanət edildi.

Hədəf konseptinin müəllifi, Hədəf Şirkətlər Qrupunun Baş direktoru, dosent Şəmil Sadiqə söz verildi. Şəmil Sadiq çıxış edərək Hədəf konseptinə əsaslanaraq özünüdərk edən, sağlam, bilikli, bacarıqlı, yaradıcı yetişərək bilgəlik yolunda addımlayan məzunlarımıza uğurlar arzuladı. Onların müəllim və valideynlərinə təbrik nitqini səsləndirdi. 

 Bağlanış nitqi ilə çıxış edən Şəmil Sadiq məzunlara balabilgəlik fəaliyyətləri dövründə əldə etdikləri nailiyyətlərinə görə təltifnamə ilə mükafatlandırdı.

 Əlavə məlumat üçün bildirək ki, Hədəf balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli Bilgə geyimindən istifadə ediblər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunur. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə yuxarı atılmaq əvəzinə qol üstünə qoyulur.

 1-ci sinif balabilgələrinin də iştirak ilə tədris ilinin son zəngi çalındı.
Həmçinin tədbirdə iştirak edən lisey müəllimlərinə, valideynlərə də təbrik nitqi üçün söz verildi.

 Bütün məzunlarımızı təbrik edir, onlara qədəm qoyduqları yeni bilgəlik yolunda uğurlar arzulayırıq!

 Hədəfi böyük olanların liseyi!