Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Filialın icraçı direktoru Aytən Hüseynova çıxış edərək məzunları, müəllim və valideynləri təbrik etdi, uğurlar arzuladı.
Balabilgələrin ifasında bir-birindən maraqlı kompozisiyalar təqdim olundu.
Hədəf konseptinə əsaslanaraq liseyimiz milli dəyərlərə hörmət və onları qoruyaraq gələcək nəsillərə ötürmək prinsipini əsas prioritet kimi qəbul edir.
Törənimizin ən möhtəşəm anı da məhz budur: Azərbaycan Respublikasının Dövlət Bayrağı məzunların təqdimatında X sinif balabilgələrinə əmanət edildi.
Hədəf STEAM Liseyi balabilgələrinin başlıca üstünlüyü millətinə, dövlətinə sevgi və sədaqətlə xidmət etmək üçün vətənpərvər bilgə azərbaycanlı kimi yetişməkləridir.
Tədbirin bu hissəsində həmin ideyaların, Hədəf konseptinin müəllifi, Hədəf Şirkətlər Qrupunun Baş direktoru, dosent Şəmil Sadiqə söz verildi.
Şəmil Sadiq çıxış edərək Hədəf konseptinə əsaslanaraq özünüdərk edən, sağlam, bilikli, bacarıqlı, yaradıcı yetişərək bilgəlik yolunda addımlayan məzunlarımıza uğurlar arzuladı. Onların müəllim və valideynlərinə təbrik nitqini səsləndirdi.
Məzunlara balabilgəlik fəaliyyətləri dövründə əldə etdikləri nailiyyətlərinə görə təltifnamələr verildi. Hədəf konseptinə əsasən ən yüksək nəticə göstərən balabilgəyə – Fatimə İsmayılzadəyə bilgə papağı təqdim edildi.
2023/2024-cü tədris ilin son Balabilgə andı səsləndirildi. Balabilgələr qarşılarına məqsəd qoyduğu 2038-ci ildə Saturna peyk göndərmək ideyasına doğru artıq ilk addımlarını atmaqdadırlar.
2022-ci il məzunlarımızın balabilgələrimizlə birgə fəaliyyəti nəticəsində hazırlığı davam edən “Hədəf peyki”nin tədbir iştirakçılarına ilkin təqdimatı keçirildi.
Həmçinin tədbirdə iştirak edən valideynlərimizə də təbrik nitqi üçün söz verildi.
“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov;
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu;
Tanınmış iqtisadçı Qulu İbrahimli
çıxış edərək məzunlara təbriklərini səsləndirdilər, bütün Hədəf balabilgələrinə uğurlar arzuladılar.
Məzun törənimizdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Fariz Əmirov də qonaq qismində iştirak edirdi. Fariz bəy çıxış edərək məzunlarımıza təbrikini və Hədəf heyətinə təşəkkürünü bildirdi.
Sonda bütün komandanın iştirakı ilə “Ey əziz anam, Azərbaycan” ifası səsləndirildi.
Məzunlarımızı bir daha təbrik edir. Onlara yeni bilgəlik yolunda uğurlar arzulayırıq. İnanırıq ki, harada və kim olmaqlarından asılı olmayaraq içdikləri Balabilgə andına sadiq qalacaq, bilgə azərbaycanlı kimi yetişəcəklər!