Rollu oyunla motivasiyaya giriş edən müəllim balabilgələrlə birlikdə Məchulun köməyinə çatdılar!
Müxtəlif qrup işləri ilə tanış olan balabilgələri içi xəzinə dolu gizli sandıq gözləyirdi. Vaxta qənaət edən, əməkdaşlığı qoruyan, tapşırıqları düzgün yerinə yetirən və ən sonda zəngi çalan qrup sandıqdakı xəzinəyə sahib olacaqdılar. Bacarıqlı, hazırcavab hər iki qrup eyni anda zəngi çalmış oldular.
Mövzu: Fəndaxili drama-teatr, təsviri incəsənət fənləri ilə yanaşı, həyat bilgisi və kimya ilə də inteqrasiya olunmuşdu.
Balabilgələr məişətdə istifadə edilən soda və sirkənin reaksiyasından karbon qazı əldə etdilər. Alınan karbon qazı şarın şişməsinə səbəb oldu.
Bu təcrübənin məqsədi: "Məchul" rolunu ayrılan karbon qazıdır. Əvvəlcə, maddəni tərəzidə çəkib təcrübə bitdikdən sonra, nə qədər maddə qaldığının qeydi aparıldı. Burada karbon qazı ayrılmışdı. Balabilgələr nə qədər karbon qazı alındığını tənlik quraraq tapdılar.
Sonda balabilgələrə gizli sandıqda olan üzəri tənlik əməli olan açarlıqlar hədiyyə olundu.
Gör! Toxun! Et!
Hədəfi böyük olanların ünvanı!