Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində 2024/2025-ci tədris ilinin son zəngi çalındı

İyun 13, 2025
Hədəf STEAM Liseyində 2024/2025-ci tədris ilinin son zəngi çalındı

🎓 Hədəf STEAM Liseyində 2024/2025-ci tədris ilinin son zəngi çalındı!

Hədəf Konseptinə əsasən hər həftəyə xüsusi bir dəyər həsr olunur. Bu dəfə “Bilik” həftəsinin yekunu liseyin ən əlamətdar günü – Son zəng tədbiri ilə qeyd olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan edildi. Açılış nitqi üçün Hədəf Konseptinin müəllifi, Hədəf Şirkətlər Qrupunun baş direktoru, dosent Şəmil Sadiq səhnəyə dəvət olundu. O, çıxışında Hədəf Konseptinə əsaslanaraq özünüdərk edən, sağlam düşüncəli, bilikli, bacarıqlı və yaradıcı gənclər yetişdirdiklərini vurğulayaraq, məzunlara gələcək yollarında uğurlar arzuladı.

Daha sonra tədbirin əsas qəhrəmanları – məzunlar böyük coşqu ilə səhnəyə dəvət olundu.

Tədbirdə həmçinin Hədəf Şirkətlər Qrupunun təsisçi nümayəndəsi və Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova, Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov, eləcə də liseyin müəllimləri və valideynlər məzunlara təbriklərini çatdıraraq xoş arzularını bölüşdülər.

Hədəf Konseptində milli dəyərlərə hörmət və onların gələcək nəsillərə ötürülməsi əsas prioritetlərdəndir. Tədbirin ən təsirli və mənalı anlarından biri də məhz bu oldu – Azərbaycan Respublikasının Dövlət Bayrağı məzunlarımız tərəfindən 10-cu sinif balabilgələrimizə təhvil verildi. Balabilgələr öz sədaqətlərini "Balabilgə Andı" ilə ifadə etdilər.

Tədbir 1-ci sinif balabilgələrinin iştirakı ilə son zəngin səslənməsi ilə tamamlandı.

🎉 Bütün məzunlarımızı təbrik edir, onlara qədəm qoyduqları yeni – bilgəlik yolunda uğurlar arzulayırıq!

Hədəfi böyük olanların liseyi – Hədəf STEAM Liseyi!