Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində Lisey Bilgəsi Seçkiləri Yekunlaşdı.

Noy 25, 2023
Hədəf STEAM Liseyində Lisey Bilgəsi Seçkiləri Yekunlaşdı.

HƏDƏF STEAM LİSEYİNDƏ LİSEY BİLGƏSİ SEÇKİLƏRİ YEKUNLAŞDI

Hədəf STEAM Liseyinin Bakı və Abşeron filiallarında 2023/2024-cü tədris ili üzrə bilgə toyu keçirilib.

hededfliseyi.edu.az xəbər verir ki, liseyin Bakı filialı üzrə 6r3 sinif balabilgəsi Selcanxatun Qasımova, Abşeron filialı üzrə 4a2 sinif balabilgəsi Fateh Quliyev sinif bilgələri arasında keçirilən səsvermədə lisey bilgəsi seçiliblər.

Sinif bilgələri öz aralarından lisey bilgəsini seçiblər. Üstəlik seçkidə bilgələrin valideynləri, müəllimlər və rəhbərlik iştirak ediblər.

Lisey bilgələri lisey loqosu formasında hazırlanmış kubok, sertifikat və sosial fəaliyyət üçün nəzərdə tutulan pul mükafatı ilə təltif ediliblər.

Seçilən lisey bilgələri tədris ili boyunca fəaliyyət göstərəcək, sosial işlər, layihələrin həyata keçirilməsi prosesi onların nəzarətində olacaq. Bir günlük lisey direktoru olaraq idarəetmədə də iştirak edə biləcəklər.

Qeyd edək ki, Hədəf konseptinə əsasən hər il keçirilən demokratik seçkilərdə şagirdlərin və müəllimlərin seçdiyi balabilgələr birinci mərhələdə “sinif bilgəsi” adını qazanırlar. Sinif bilgələri, valideynlər, məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə keçirilən yekun seçkidə isə onların arasından “lisey bilgəsi” təyin olunur.

#hedefliseyi #hedefsteamliseyi  #hedefsecki  #hedef