Hədəf STEAM Liseyində payız tətilində müəllimlər üçün silsilə təlimlər keçirildi!
Hədəf Şirkətlər Qrupunun icraçı direktoru Nizami Hüseynovun rəhbərliyi ilə 20-23 noyabr tarixlərində müəllimlər üçün keçirilən təlimlər çərçivəsində ilk görüşlər baş tutdu. Təlimlərdə Bakı filialı Azadlıq korpusunda akademik direktorlar və kafedra rəhbərlərinin iştirakı ilə vacib mövzular müzakirə olundu.
İlk təlim: "Yeni dərsliklər və yeni məzmunlar" – KİQ-1 və BİQ-1 imtahan nəticələri, yeni dərsliklərin tətbiqi və dərs proqramlarında yeniliklər müzakirə edildi.
Şəmil Sadiq müəllimlərin elmi fəaliyyətinin inkişaf etdirilməsi, elmi məqalələrin yazılması və Hədəf Liseyi üçün dərsliklərin hazırlanmasının vacibliyini vurğuladı.
İkinci təlim: Tanınmış naşir Rafiq İsmayılov "Oxu təlimi" mövzusunda müasir dövrdə oxuyub-anlama, sürətli oxuma və bu bacarıqların sinifdə tətbiqi yollarını müzakirə etdi.
Üçüncü təlim: Abbas Məmmədov "Microsoft 365" və "Outlook", "MS Teams"də korporativ sənədləşmə və bu platformaların üstünlükləri haqqında məlumat verdi.
Dördüncü təlim: Türkan Əliyeva tərəfindən təqdim edilən "mis.edu.az" mövzusunda müəllimlərin sistemdən düzgün istifadəsi, valideyn və şagirdlərin fəal iştirakının təşkili, problemlərin həlli yolları müzakirə olundu.
Bu təlimlər müəllimlərin peşəkar inkişafını artırmağa və tədrisin keyfiyyətini yüksəltməyə yönəlib. Hədəf Şirkətlər Qrupu təhsildə müsbət dəyişiklərə imza atmaq məqsədilə bu cür təlimlərə davam edəcək. Müəllimlərin inkişafı hər zaman ön planda olacaq!