Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin Bakı filialı SAT imtahan mərkəzi oldu!

May 03, 2024
Hədəf STEAM Liseyinin Bakı filialı SAT imtahan mərkəzi oldu!

Mərkəz Rəqəmsal SAT imtahanı üçün onlayn qeydiyyat, SAT konsultasiya mərkəzi və SAT hazırlıq mərkəzi kimi fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə koordinator, köməkçi koordinator, texniki mütəxəssis və repetitorların fəaliyyət göstərməsi nəzərdə tutulur.

SAT imtahanı orta məktəb məzunlarının təhsil müddətində öyrəndikləri bilik və bacarıqlardan, həmçinin akademik uğur üçün lazım olan tənqidi düşünmə qabiliyyəti və təhlil qabiliyyətini ölçmək üçün nəzərdə tutulmuş universitet qəbul imtahanıdır.

Qeyd edək ki, Hədəf STEAM Liseyi aprel 2024-cü ildə ABŞ-nin College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT imtahan mərkəzi kimi qeydiyyata alınıb.