Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin IV məzun buraxılışı törəni keçirilib.

İyun 19, 2023
Hədəf STEAM Liseyinin IV məzun buraxılışı törəni keçirilib.

Hədəf STEAM Liseyinin IV məzun buraxılışı törəni keçirilib.
Liseydən verilən məlumata görə, törən Heydər Əliyevin 100 illik, Hədəf Liseyinin isə 5 illik yubileyinə həsr olunub.
Məzun günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında baş tutub. Tədbirdə AMEA prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının Təhsil İnstitutu direktoru Rüfət Əzizov, millət vəkilləri Musa Quliyev, Vüqar İsgəndərov, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Azərbaycan Respublikası KOBİA İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, elm və sənət xadimləri, iş adamları, valideynlər iştirak edib.
Əvvəlcə qonaqlara “Heydər Əliyev – 100” rəsm sərgisi və “Heydər Əliyev – 100” STEAM sərgisi təqdim edilib. Hər iki sərgi liseydə təhsil alan balabilgələrin müəllimlərin dəstəyi ilə hazırladığı əl işləri və STEAM layihələrindən ibarət olub.
Hədəf Liseyinin dram müəllimi Cavad Nur olan və lisey balabilgələrinin ifasında hazırlanan “Hədəf məzunları Saturnda” adlı tamaşa təqdim olunub. Balabilgələrin səhnə bacarıqları və ifaçılıq qabiliyyətləri qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
“Hədəf” balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli bilgə geyimindən istifadə edirlər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunur. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulur.
Daha sonra məzunlar Hədəf Liseyinin marşını səsləndirib, ardınca balabilgə andını içiblər. Bu andla onlar milli duyğularını itirməyən, vətəninə, millətinə sədaqətli, təbiəti və insanlığı sevən, dəyərlərə hörmət edən bilgə insan olacaqlarına söz veriblər.