Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin məzunu Xədicə Balakişiyeva

Yan 01, 2024
Hədəf STEAM Liseyinin məzunu Xədicə Balakişiyeva

2024-cü ilin ilk xoş xəbəri Hədəf STEAM Liseyinin məzunu Xədicə Balakişiyevadan gəldi.
Məzun balabilgəmiz Amerika Birləşmiş Ştatlarının Şimal-qərb Universitetinin (Northwestern University) Dohadakı filialına 300 000 ABŞ dolları dəyərində (bütün xərclər ödənməklə) tam təqaüd qazanıb.
Qeyd edək ki, Şimal-qərb Universiteti ABŞ-nin 2024-cü ilin ən yaxşı universiteti reytinqində 9-cu sıradadır.
Bu Amerika universiteti həm Qətərin paytaxtı Dohada, həm də ABŞ-də kampuslara malikdir.
Xədicəni təbrik edir və gələcək təhsil həyatında uğurlar arzulayırıq.