Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin sinif bilgələri və idarə heyəti Fəxri Xiyabanı ziyarət etdi

Dek 12, 2025
Hədəf STEAM Liseyinin sinif bilgələri və idarə heyəti Fəxri Xiyabanı ziyarət etdi

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Hədəf Liseyi Abşeron filialının sinif bilgələri və idarə heyəti Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Ziyarət zamanı Heydər Əliyevin ölkəmizin inkişafı, milli dövlətçiliyimizin möhkəmləndirilməsi və təhsil sahəsinin modernləşməsində göstərdiyi əvəzsiz xidmətləri barədə məlumatlandırıldılar. Ulu Öndərin ölkənin gələcəyi olan gənclərə qarşı böyük diqqət və qayğısı xüsusi vurğulandı.

Sinif bilgələri üçün təşkil olunan bu ziyarət həm də onların vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ənənələrinin daha dərindən mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Şagirdlər Ulu Öndərin məzarını ziyarət edərək gül dəstələri düzdülər və ruhuna hörmətlərini ifadə etdilər.

İdarə heyəti üzvləri çıxış edərək Heydər Əliyev ideyalarının bu gün də ölkəmizin inkişaf xəttini müəyyən etdiyini və gənclərimizin onun irsini yaşatmaqla daha güclü gələcək quracağını qeyd etdilər.