Hədəf STEAM Liseyi Nəsimi korpusunda xüsusi bir qonağı qarşıladıq: Sinqapur Dövlət Universiteti və Stanford Universiteti məzunu, "GUILD Asia Ground-Up Innovation Labs for Development" rəhbəri Muhammed İbnur Rashad.
Muhammed İbnur Rashad şagirdlərimizlə görüşərək STEAM təhsilinin önəmi və tətbiqləri haqqında geniş məlumat verdi, video izahlar mövzunu daha da maraqlı etdi. Dialoq şəklində keçən bu görüşdə şagirdlərimiz fəal iştirak edərək qonağımızın təcrübəsindən faydalandılar və suallarına cavab tapdılar.
Hədəf təhsil şirkəti olaraq biz müəllimlərin və şagirdlərin inkişafını daim dəstəkləyir, beynəlxalq əməkdaşlıqlar vasitəsilə qlobal təhsil standartlarına uyğun bilik və bacarıqların paylaşılmasına çalışırıq.
Sonda qonağımızla xatirə şəkli çəkdirildi, bu unudulmaz gün isə hamımız üçün böyük motivasiya mənbəyi oldu!