Hədəfi böyük olanların liseyi

“Hədəfimiz STEM, Hədəfdə STEM” Riyaziyyat və İnformatika

Mar 13, 2019
“Hədəfimiz STEM, Hədəfdə STEM” Riyaziyyat və İnformatika

Hədəf STEM liseyinin Riyaziyyat və İnformatika müəllimi Narxanım Cəfərova və İnformatika müəllimi Məmməd Kərimlinin “Zaman. Zaman vahidləri” mövzusunda hazırladıqları inteqrativ dərs modeli liseyimizdə keçirilən “Hədəfimiz STEM, Hədəfdə STEM” təlim-treninqində dinləyicilərə təqdim olundu. Təqdim olunan dərs modeli zamanı STEM proyektlərinin üzərində fikir mübadiləsi aparıldı, müxtəlif saat növləri hazırlandı. Qum saatı və Arduino platformasında hazırlanan saatların müqayisəsi aparıldı.