HəmÜrək Xeyriyyə yarmarkası Yeni İl bayramı ərəfəsində keçirilir və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunur. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Hədəf Konsepti balabilgələri (şagirdləri) humanist, empatiya hissinə malik, ümumbəşəri dəyərlərə sahib hərtərəfli insan yetişdirmək məqsədi daşıyır. Balabilgələrdə milli-mənəvi dəyərləri, insanlığı, vətənpərvərlik və dövlətçilik ideyalarını formalaşdırmaq, inkişaf etdirmək məqsədi ilə biz bu bayramın Hədəf Konseptinə xas şəkildə, “HəmÜrək” layihəsi formatında keçirməyi planlaşdırdıq.
Balabilgələrin müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işlərinin, bişirəcəkləri şirniyyatlarının müəllimlər, valideynlər ilə birgə xeyriyyə məqsədli satış yarmarkasını keçirəcəyik. Yarmarkada əldə edilən maliyyə “Yaşat Fondu”na təqdim ediləcək.
Həmçinin bayram əhval-ruhiyəsi yaratmaq məqsədilə balabilgələrin hazırladıqları səhnəcik, rəqs, mahnı ifaları, flaşmoblar xeyriyyə yarmarkasının şən-əhval ruhiyyə ilə keçməsinə kömək edəcək.
Bu il xüsusi olaraq layihədə Azərbaycan səhnəsinin tanınmış sənətkarları: Alim Qasımov, Fərqanə Qasımova, Mərdan Kazımov, Emma Ələkbərzadə,Tofiq Hacıyev, Cavidan Fatihi, Xəzər Band qrupunun da çıxışları olacaq.
“HəmÜrək” layihəsi çərçivəsində balabilgələr Azərbaycanın müxtəlif bölgələri, Turan ölkələri və digər dünya ölkələrəri olmaqla ümumilikdə 30 təqdimat zonası yaradacaqlar. Bu da balabilgələrimizin dünya xalqlarını yaxından tanıma, onların mədəniyyəti, mətbəxi ilə bağlı araşdırmalar etmə imkanı verəcək. Hər sinfin xüsusi hazırlanmış stendi siniflərə verilmiş simvolik ölkənin bayrağı, geyimləri, mədəniyyəti, milli mətbəxi ilə bəzədiləcək, Bu il təqdim ediləcək ölkələr: Azərbaycan, Türkiyə, Pakistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Almaniya, Gürcüstan, Misir, Böyük Britaniya, Yaponiya, Rusiya, Birləşmir Ərəb Əmirliyi, Çin, Meksika, İtaliya, İsrail, Hindistan, Ukrayna, Amerika Birləşmiş Ştatları, Yunanıstandır.
Sizi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, HəmÜrək balabilgələrin sevinclə hazırlaşdıqları Xeyriyyə yarmarkamıza dəvət edirik.
İştirakınızın həm məktəbliləri, həm də yardım ediləcək ailələri xoşbəxt edəcəyinə əminik!
Xeyriyyə yarmarkası Hədəf Liseyi ilə yanaşı bu il ilk dəfə olaraq Yaşat fondunun təşkilatçılığı ilə keçirilir.
Xeyriyyə yarmarkası 26 dekabr 2025-ci il, saat 16:00-da Hədəf Stars Campusda (Bəşir Bünyadov küçəsi 3 ünvanında) keçiriləcək.