Hədəf STEAM Liseyi Abşeron filialı Qurtuluş korpusunda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 142 illiyinə həsr olunmuş “Hüseyn Cavidi anarkən” adlı tədbir keçirildi.
Tədbirdə H.Cavid yaradıcılığından danışıldı, balabilgələr tərəfindən şeirləri səsləndirildi. H.Cavidin həyat yoldaşı Müşkünaz xanımın, qızı Turanın və oğlu Ərtoğrulun obrazında xatirələri dinlənildi.
Dinamizm-zəratma üsulu ilə böyük ədibin rəsmi çəkildi. Liseyin müəllim və balabilgələri tərəfindən H.Cavidin “İblis”, “Ana” və “Şeyx Sənan” əsərlərindən ibarət tamaşa göstərildi. Səlma ana, İsmət, Qanpolad, Orxan, Murad, və İblis obrazları canladırıldı. Səhnə boyu İblisin insanlara təsiri və bu təsirlə insanların yolunu azması vurğulandı. Səndən "Pənah uman bir adamdan intiqam almaq öz şəxsiyyətinə xəyanətdir" ideyası ilə Səlma ana sonda oğlunun qatilini bağışlayır.
Tamaşanın sonunda "Kor ərəbin mahnısı" səsləndirildi. Tədbirin sonunda Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq və Hədəf STEAM Liseyinin təsisçisinin rəsmi nümayəndəsi və layihə rəhbəri Zülfiyyə Sadıqova və qonaqlar tədbir ilə bağlı öz fikirlərini bölüşdülər. Düşünürük ki, belə yüksək səviyyəli tədbirlərin keçirilməsi dahi sənətkarlarımızın anılmasında, unudulmamasında müstəsna rol oynayır.
Hədəfi böyük olanların ünvanı!