17-22 aprel İnnovasiya həftəsi çərçivəsində "ASAN Xidmət" mərkəzlərinin təşkil etdiyi tədbirdə Hədəf STEAM Liseyi balabilgələri də iştirak etmişlər.
Onlar il ərzibfə hazırladıqları layihələri qonaqlara təqdim etmişlər. Layihələr əsasən STEAM və Texnologiya dərslərində hazırlanıb, balabilgələrin mühəndislik bacarıqlarının inkişafına yönəlmişdir. Ağıllı suvarma sistemi, uzaqdan idarə olunan qayıq, təyyarə və maşın, robot əl, wi-fi jammer, FPV drone kimi layihələr hamının marağına səbəb olmuşdur.