Hədəfi böyük olanların liseyi

“Kamandan oxatma” yarışı keçirildi.

May 04, 2024
“Kamandan oxatma” yarışı keçirildi.

Hədəf STEAM Liseyi Bakı filialında İdman kafedrasının təşkilatçılığı ilə ”3 May Türkçülük Günü”nə həsr olunan “Kamandan oxatma” yarışı keçirildi. Yarışda V-VII sinif balabilgələri, Hədəf Şirkətlər Qrupu rəhbərliyi iştirak edirdi.
Hadaf International Cambridge School rəhbəri Eren Kancılar və dəyərli qonağımız Samir Turan çıxış edərək günün tarixi əhəmiyyəti haqqında məlumat verdi.
Yarışın ilk iştirakçısı Hədəf Şirkətlər Qrupun Baş Direktoru Şəmil Sadiq oldu. Şəmil Sadiq balabilgələrə olan motivasiyası və dəstək çıxışı ilə davam edərək bütün iştirakçılara uğurlar arzuladı.
Yekun olaraq ən yüksək nəticə göstərən balabilgələr – Dəniz Məmmədli I, Mətin İsgəndərli II, Əli Ağamoğlan III, Rəsul Tarquliyev IV yerin qalibi oldular.
Qaliblərə sertifikat və medallar təqdim olundu.