Liseyimizdə IX-X siniflərin ümumi dünyagörüşünün formalaşdırılması, onların gələcək karyera seçimlərinin düzgün yönləndirilməsi məqsədi ilə elm xadimləri, uğurlu iş adamları və müxtəlif sahələrin mütəxəssisləri ilə keçirilən görüşlər davam edir.
Bu dəfəki qonağımız Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 3-cü katibi, diplomat Orxan İsmayılov oldu.
Orxan bəy öz uğur hekayəsini, bu yolda qarşılaşdığı maneələri və diplomatiyanın cəmiyyətə təsiri haqqında çıxış etdi. O, balabilgələrə diplomatiyanın mahiyyəti, beynəlxalq əlaqələrin əhəmiyyəti və diplomatik fəaliyyətin əsas prinsipləri barədə ətraflı məlumat verdi.
Görüş zamanı diplomat olmaq üçün vacib bacarıqlar, ölkələrarası əməkdaşlığın əhəmiyyəti və diplomatiyanın qlobal siyasətdə rolu müzakirə edildi. Maarifləndirici və motivasiyaedici olan bu görüş balabilgələrin diplomatiyaya marağını artırdı və onlara yeni biliklər qazandırdı.
Tədbir interaktiv müzakirə formatında keçirildi və balabilgələr üçün maraqlı və faydalı oldu. Bu kimi görüşlər onların müxtəlif sahələr barədə məlumatlanmasına və gələcəkdə düzgün peşə seçimi etməsinə kömək edir.