Avqustun 31-də MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirlinin başçılığı ilə bir qrup dərnək üzvü Hədəf Liseyinin Bakı filialında qonaq oldu.
Qonaqlar əvvəlcə liseydə fəaliyyət göstərən İnteraktiv Elm Muzeyi, daha sonra fənn laboratoriyaları ilə tanış oldular.
Dəyirmi masa ətrafında davam edən görüşdə Hədəf STEAM Liseyinin qurucu direktoru Şəmil Sadiq Hədəf konsepti, “Dəyərlər” haqqında qonaqlara ətraflı məlumat verdi.
MÜSİAD Azərbaycan İdarə Heyətinin rəhbəri Rəşad Cabirli Şəmil Sadiqə Hədəf Şirkətlər Qrupunun MÜSİAD Azərbaycana üzvlüyünü təsdiqləyən vəsiqəni, Şəmil Sadiq isə dəyərli qonağına “Hədəf – 15 il” xatirə medalını təqdim etdi.
Səmimi görüş sonda liseyin həyətində ox atma ilə başa çatdı.