Hədəfi böyük olanların liseyi

“Bir addım, bir dünya” – Balabilgələrdən təbiətə sevgi mesajı

Apr 22, 2025
“Bir addım, bir dünya” – Balabilgələrdən təbiətə sevgi mesajı

 22 Aprel – Dünya Günü münasibətilə Qurtuluş korpusu və Nəsimi korpusunun birgə təşkilatçılığı ilə mənalı və zəngin məzmunlu “Bir addım, bir dünya” adlı ekoloji tədbir keçirildi. Tədbirin məqsədi balabilgələrdə erkən yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq, onları ətraf mühitin qorunmasına təşviq etmək idi.

Tədbirdə balabilgələr böyük həvəslə iştirak etdilər. Onların hazırladığı səhnəcikdə Yer kürəsi, tullantılar, zavodlar və təbiətə dəyən zərər simvolik şəkildə canlandırıldı. Yer kürəsinin dilindən səslənən suallar vasitəsilə balabilgələr ətraf mühitin necə qorunmalı olduğunu öz dilləri ilə çatdırdılar. 

Şeirlər, rəqs nömrələri və maraqla hazırlanan çıxışlar tədbirə rəng qatdı, iştirakçılara həm duyğusal, həm də düşündürücü anlar yaşatdı.
Balabilgələrin təbiətə olan sevgisini ifadə etmələri tədbirin ən gözəl məqamlarından biri oldu.

Tədbirin sonunda isə idarə heyətinin iştirakı ilə gül əkilməsi mərasimi keçirildi. Bu addım yaşıl gələcəyə atılan simvolik və ümidverici bir jest kimi yadda qaldı.

 “Bir addım, bir dünya” tədbiri bir daha göstərdi ki, təbiətə dəyər vermək üçün böyük addımlar deyil, kiçik ürəklərlə atılan səmimi niyyətlər kifayətdir.

Bir addım bizdən, bir dünya gələcəkdən!